1.000 nəfər Qidanı Qoru hərəkatına qoşulduSən də qoşul →
Korporativ təlim platforması

Hər filialda eyni standart.
Hər işçinin cibində akademiya.

İşçi telefonundan öyrənir, canlı onlayn dərsə qoşulur, təlimçi iş yerində yoxlayıb sertifikat verir. Rəhbərlik bütün şirkətin təlim vəziyyətini bir ekranda görür, hər kəsə bir kliklə elan göndərir.

Restoran və kafeMağaza şəbəkələriOtellərŞirkətlər
CTH Approved Centre

CTH Approved Centre · 2501. Platforma çoxfilialı restoran şəbəkəsində hər gün işləyir.

Nəzəriyyə deyil — sahədə işləyən sistem

Çoxfilialı restoran şəbəkəsində platformanın real qeydləri

662işçi platformada öyrənir
11.212dərs kartı oxunub
8.844quiz tamamlanıb
1.167iş yerində təsdiq
+19%
Satış təlimindən sonra orta çek şəbəkə üzrə 19% artdı.Bəzi filiallarda artım 50%-ə çatdı. Fərqi izləmə, israr və mərkəzi ofisin dəstəyi yaradır — sistem bunu hər filial üçün görünən edir.

Mənbə: TQTA platforma qeydləri, fevral – oktyabr 2026. Orta çek göstəricisi şəbəkənin öz məlumatıdır. Şəbəkənin adı razılaşma ilə açıqlanmır.

Kimin üçün

Çox filialı, çox işçisi olan hər şirkət üçün

Problem hər yerdə eynidir: komanda böyüdükcə standart əriyir. Həll də eynidir — yazılı standart, ölçülən təlim, görünən nəticə.

Restoran və kafe şəbəkələri

Hər filialda eyni dad, eyni porsiya, eyni xidmət.

  • Mətbəx və xidmət standartı
  • Qida təhlükəsizliyi
  • Kassada əlavə satış

Mağaza şəbəkələri

Satış məsləhətçisi məhsulu bilir, müştərini düzgün qarşılayır.

  • Məhsul bilgisi
  • Satış və müştəri xidməti
  • Kassa və vitrin qaydası

Otellər

Resepsiyondan mətbəxə qədər hər şöbənin öz modulu.

  • Qonaqpərvərlik standartı
  • Şöbələr üzrə təlim
  • Beynəlxalq sertifikat

Şirkətlər

Yeni işçinin adaptasiyası, daxili qaydalar, rəhbər hazırlığı.

  • Yeni işçi proqramı
  • Canlı onlayn dərslər
  • Rəhbər və təlimçi hazırlığı
Platforma

Bir sistem, hər kəsə öz ekranı

İşçidən rəhbərliyə qədər hər kəs öz ekranını görür. Məlumat bir yerdə toplanır.

İşçi telefonundan, növbədən əvvəl öyrənir

Qalın kitab yox. Vəzifəsinə uyğun modullar, hər biri qısa kartlardan ibarət.

  • “Belə et / Belə etmə” kartlarıBir kart — bir qayda. Deyiləcək hazır cümlələrlə, səsli versiyası ilə.
  • Hər dərsdən sonra quizSəhv cavabda niyə səhv olduğu dərhal izah olunur.
  • XP, seriya, nişan və filial liqasıÖyrənmək oyun kimi — filiallar bir-biri ilə yarışır.
9:41
QuizMüştəri xidməti · 3 / 10
+10 XP
Müştəri uzun gözlədiyindən şikayət edir. İlk addımın?
Səbəbi izah edirəm
Üzr istəyib dəqiq vaxt deyirəm
Rəhbəri çağırıram
Düzdür. Əvvəl üzr, sonra konkret vaxt — müştəri sakitləşir.
Növbəti sual

Rəhbər komandasını bir baxışda görür

Kim bitirib, kim geri qalır, kim işə hazırdır — soruşmadan görünür.

  • Komanda mərkəziHər işçinin irəliləyişi, XP-si, seriyası və son aktivliyi.
  • Filial auditiYoxlama kartı ilə bal: 90%-dən aşağı və ya kritik səhv — düzəliş planı və təkrar yoxlama tarixi.
  • “Qayıt” siyahısı7 gündür girməyən işçi avtomatik siyahıya düşür.
Komanda mərkəzi · Filial 07
Aktiv işçi24
Audit balı93%
Geri qalan3
NA
Nigar A.Kassir · bu gün
Hazır
RM
Rauf M.Satış · dünən
Davam
LH
Lalə H.Resepsiyon · bu gün
Hazır
KS
Kamran S.Anbar · 6 gün əvvəl
Geri

Nümunə ekran · adlar şərtidir

Öyrənmək bəs etmir — iş yerində təsdiq olunur

Təlimçi işçini iş yerində yoxlayır. İmtahan telefonda, QR kodla, bir neçə dəqiqəyə.

  • Yerində təlim nəzarətiİlkin təlim → təsdiq → izləmə. Telefonda qalan bilik sayılmır.
  • QR ilə imtahan və elektron imzaTəlimçi sessiya açır, iştirakçılar kodu oxudur, davamiyyət və nəticə dərhal yazılır.
  • Toplu sertifikatBir təsdiqlə bütün qrupa sertifikat. Müddəti bitməzdən 30 gün əvvəl xəbərdarlıq.
97%
34 sahə sessiyası · 23 filial · iki həftə
204 QR imtahan, 198 nəfər keçdi
Sahə sessiyası · Müştəri xidməti
İmtahan açıqdır
Kodu oxudun və ya daxil edin
4 8 2 7
11 / 12 cavabladı
AQ
Aysel Q.9 / 10
Keçdi
TB
Tural B.10 / 10
Keçdi
SƏ
Səbinə Ə.cavablayır…
Gözlə

Nümunə ekran · adlar şərtidir

Bir mesaj — bütün şirkətə

CEO, insan resursları və ya departament rəhbəri — hər kəs öz komandasına bir kliklə yazır. Yeni qayda, canlı dərs vaxtı, təbrik.

  • Hədəfli elanBütün şirkətə, filiala, departamentə, vəzifəyə və ya adla. Göndərməzdən əvvəl neçə nəfərə çatacağı görünür.
  • Ekranda açılan elan (pop-up)Vacib elan işçinin ekranında “Oxudum” deyənə qədər qalır — “görmədim” bəhanəsi yoxdur.
  • Kim oxudu — görünürHər elan üçün göndərildi / oxudu sayı. Canlı dərs dəvəti Zoom linki ilə.
Yeni elan · Göndərən: İnsan resursları
Bütün şirkətFilialDepartamentVəzifəAdla

Sabah 10:00 — canlı dərs. Mövzu: yeni kampaniya və müştəriyə necə təqdim etmək. Zoom linki aşağıdadır.

662 nəfərə çatacaq · pop-upGöndər
Yeni gigiyena qaydasıCEO · bütün şirkət · dünən
612 / 662
Həftənin lideri: Filial 11Təlim şöbəsi · bazar ertəsi
448 / 662

Nümunə ekran · “oxudu / göndərildi”

Rəhbərlik bütün şirkəti bir ekranda görür

Hansı filialda standart zəifləyir — şikayət gəlməmişdən əvvəl bilinir.

  • Filiallar üzrə tamamlanmaZəif filial rənglə seçilir — problem şikayətdən əvvəl görünür.
  • Aylıq hesabat bir klikləExcel və PDF: davamiyyət, təlim matrisi, effektivlik, filial uyğunluğu.
  • Anonim heyət sorğusu5 nəfərdən az qrup ayrıca göstərilmir — işçi açıq danışır.
Şəbəkə paneli
Filial23
Orta tamamlanma81%
Riskli filial2
Filial 03
94%
Filial 11
88%
Filial 07
76%
Filial 15
58%
79%
“Bu işi dosta tövsiyə edərdim”
Anonim heyət sorğusu · 149 cavab

Nümunə ekran · filiallar şərti nömrələnib

İmkanlar

Təlimin bütün dövrü — bir platformada

Ayrı-ayrı proqramlar, Excel cədvəlləri və kağız qovluqlar yerinə bir sistem.

Mikro-dərslər

60 saniyəlik standart kartları, vəzifəyə görə modullar.

Canlı onlayn dərs

Zoom üzərindən bütün komandaya toplu dərs.

Video və səsli dərs

Oxumağa vaxtı olmayan işçi dinləyib öyrənir.

Quiz və imtahan

Keçid balı, izahlı cavablar, təkrar cəhd.

Yerində təlim və QR imtahan

Təlimçi sessiyası, davamiyyət, elektron imza.

Sertifikat

Toplu sertifikat, QR ilə yoxlama, müddət bitmədən xəbərdarlıq.

Elan və bildiriş

CEO, İR və departamentlər üçün toplu elan, pop-up, kim oxudu.

Filial auditi

Yoxlama kartları, bal, kritik maddə, düzəliş planı.

Aylıq hesabat

Excel və PDF — əl ilə cədvəl doldurmaq bitdi.

Komanda və şəbəkə paneli

İşçi, filial, region və bütün şirkət üzrə canlı göstəricilər.

Almila AI

Bütün dərsləri bilən köməkçi — işçinin sualına dərhal cavab.

Oyunlaşdırma

XP, səviyyə, seriya, nişan, həftəlik filial liqası.

Vəzifə və karyera yolu

Vəzifə modulları, daxili təlimçi və rəhbər proqramı.

Anonim heyət sorğusu

İşçinin həqiqi fikri — 5 nəfər məxfilik qaydası ilə.

Fikir qutusu

İşçinin təklifi adı ilə qeydə alınır, rəhbərə çatır.

Heyətin səsi

İşçini dinləyən şirkət işçini saxlayır

Təlim yuxarıdan aşağı gedir. Fikir və narazılıq isə aşağıdan yuxarı gəlməlidir. İkisini də eyni sistem toplayır.

ANONİM SORĞU

Heyət sorğusu

17 sual, 1–5 bal, üç açıq sual. Ad yazılmır. Nəticə əmək haqqı, qrafik, avadanlıq və rəhbər münasibəti üzrə ayrı-ayrı görünür.

149işçi cavab verdi
79%dosta tövsiyə edərdi
+46işçi sadiqlik indeksi (eNPS)
FİKİR QUTUSU

İşçinin təklifi adı ilə qeydə alınır

QR posterdən, kağız kartdan və ya səsli mesajla. Tətbiq olunan fikrin müəllifi hamıya elan olunur.

Bir həftədə 32 fikir26 müəllif · 10 filialdan
“Yeni işçi tək qalmasın”İlk 3 gün yoldaş + yaddaş kartı — işçidən gələn təklif
Almila AI

Bütün dərsləri bilən təlim köməkçisi

Almila TQTA-nın öz süni intellekt köməkçisidir. Şirkətinizin bütün dərslərinə hakimdir və işçinin sualına Azərbaycan dilində dərhal cavab verir.

  • Sizin qaydalarınızla cavab verirÜmumi internet məsləhəti deyil, şirkətin standartı.
  • Sahə dilini bilirMətbəx, satış və xidmət terminləri lüğətlə qorunur.
  • Hər an əlçatanGecə növbəsində də işçi sualsız qalmır.
Necə işləyirik

Proqram satmırıq — sistemi qurub təhvil veririk

Beş addımda şirkətinizin təlim və standart infrastrukturu hazır olur.

01

Yerində analiz

Filialları gəzirik: itki, vaxt itkisi, standart boşluqları.

02

Standart kartları

Hər vəzifə üçün qısa, vizual qaydalar və hazır danışıq cümlələri.

03

Brendli portal

Dərslər, quizlər və modullar şirkətinizin adı ilə yüklənir.

04

Daxili təlimçi

Rəhbərləriniz iş yerində yoxlayıb təsdiqləyən təlimçiyə çevrilir.

05

Davamlı nəzarət

Qayda dəyişir — dərs yenilənir. Audit, sorğu və hesabat sistemi canlı saxlayır.

Dövlət dəstəyi

Dövlət Məşğulluq Agentliyi ilə şəffaf əməkdaşlıq

TQTA DMA-nın peşə hazırlığı tərəfdaşıdır. Yeni kadr hazırlığında dövlət proqramlarından birlikdə yararlanırıq.

Peşə hazırlığı — dördtərəfli model

İşsizlikdən Sığorta Fondu hesabına

Sizə lazım olan kadrı DMA-nın maliyyəsi ilə biz hazırlayırıq. Şirkətiniz təlim prosesində iştirak edir və məzunlar arasından işçisini seçir.

DMA maliyyələşdirir
TQTA hazırlayır
İştirakçı öyrənir
Şirkət seçir
  • Kurs 6 aya qədər, nəzəri və praktiki
  • Proqram şirkətinizin tələbinə uyğunlaşdırılır

Əmək haqqının birgə maliyyələşdirilməsi

DMA proqramı · özəl işəgötürənlər üçün

Proqram çərçivəsində işə götürdüyünüz şəxsin əmək haqqının bir hissəsini müəyyən müddət ərzində dövlət ödəyir.

  • Özəl işəgötürənlər üçün, şərtlər DMA tərəfindən müəyyən edilir
  • DMA-nın prioritet sahə və peşələri üzrə
  • Hazırladığımız məzunlarla birlikdə müraciətə dəstək veririk
Şəffaf model: şərtləri və maliyyələşdirməni DMA müəyyən edir, biz prosesi sizin üçün idarə edirik.
Arxamızda nə var

Tək proqram deyil, akademiya

CTH Approved Centre

Beynəlxalq akkreditasiya

TQTA Böyük Britaniyanın CTH qurumunun təsdiqli mərkəzidir. İşçiləriniz beynəlxalq sertifikatlı proqramlarda oxuya bilər.

Centre 2501Level 2 Award in Cookery SkillsQAN 603/6705/2

Karyera Mərkəzi

Yeni filial açanda məzun və namizəd bazasından hazırlıqlı heyətə çıxış.

Qidanı Qoru

Porsiya itkisi və israfı azaldan metodologiya və sertifikat.

Təlimçi hazırlığı

Rəhbərləriniz daxili təlimçi kimi hazırlanır və təsdiq səlahiyyəti alır.

Qida təhlükəsizliyi

HACCP əsaslı təlim və 12 aylıq gigiyena sertifikatı.

Suallar

Tez-tez verilən suallar

Platforma hansı sektorlar üçündür?

Çox filialı və ya çox işçisi olan hər şirkət üçün: restoran və kafe şəbəkələri, mağazalar, otellər, xidmət şirkətləri. Dərslər sizin sahənizə və vəzifələrinizə görə hazırlanır.

İşçilərə xüsusi tətbiq yükləmək lazımdır?

Xeyr. Platforma telefonun brauzerində açılır və ana ekrana tətbiq kimi əlavə edilə bilir. Giriş FİN kod və ya e-poçt ilə.

Dərsləri kim hazırlayır?

TQTA komandası sizin standartlarınızı yerində öyrənir və dərsləri hazırlayır. Sonradan dərsləri və quizləri panel üzərindən yeniləmək olur.

Canlı dərslər necə keçir?

Zoom üzərindən toplu onlayn dərs təşkil olunur. Dəvət bildiriş kimi bütün işçilərə və ya seçilmiş qrupa göndərilir.

Rəhbər yalnız öz filialını görür?

Bəli. Filial rəhbəri öz filialını, region rəhbəri öz regionunu, mərkəzi ofis bütün şirkəti görür. Hər rolun öz menyusu var.

DMA dəstəyindən necə yararlanmaq olar?

Kadr ehtiyacınızı bizə bildirin. Uyğun DMA proqramını birlikdə seçirik, müraciət və təlim prosesini biz idarə edirik. Şərtləri DMA müəyyən edir.

Qiymət necə hesablanır?

Filial və işçi sayına, seçilən modullara görə fərdi. Müraciət edin — görüşdən sonra yazılı təklif göndəririk.

Təklif al

Şirkətiniz üçün fərdi təklif

Sektorunuzu, filial və işçi sayınızı yazın. 30 dəqiqəlik görüşdə sistemi canlı göstərək və sizə uyğun planı hazırlayaq.

  • Qiymət filial və işçi sayına görə fərdi hesablanır
  • Pilot üçün bir neçə filialla başlamaq olar
  • Məzmun Azərbaycan dilində, sizin brendinizlə

Müraciət

Müraciətinizə tezliklə cavab veririk.