TQTA Təlim Portalı
Komandanız 7 gündə portalda
Şirkət admini üçün başlanğıc bələdçisi: portalı qurmaq, ilk işçini qəbul etmək və ilk 90 günü izləmək.
Admin · qurulum
Portalı 10 addımda qurun
Hər addımın yanında menyudakı yolu yazmışıq. Sıra vacibdir: filial və vəzifə olmadan QR və modul düzgün işləmir.
- 1
Şirkət profili
Loqo, rəng, sektor, əlaqə e-poçtu və dəvət məktubunun mətni. İşçi portala girəndə sizin adınızı və loqonuzu görür; səviyyə adları seçdiyiniz sektora uyğun olur.
Şirkət → Şirkət Profili - 2
Filiallar
Hər filialı əlavə edin. Hər filialın öz qeydiyyat kodu və QR-u olur.
Şöbələr - 3
Vəzifələr
Hər sətirə bir vəzifə yazın, öz işinizə uyğun: Kassir, Satıcı, Anbardar… və ya Ofisiant, Aşpaz, Resepşn. İşçi qeydiyyatda bu siyahıdan seçir.
Şirkət Profili → Vəzifələr - 4
Modullar və kartlar
Portal hamı üçün eynidir, fərq modullardadır: öz sektorunuza uyğun modulları özünüz yaradırsınız (məs. market üçün kassa və rəf, otel üçün qonaq qəbulu). Ortaq modulları "Hamıya", vəzifə modullarını vəzifəyə bağlayın. Növbəti modul əvvəlki bitəndən sonra açılır.
Təlim → Modul & Kartlar - 5
Filial müdirləri
Hər filiala müdir təyin edin. Müdir öz filialının işçilərini görür, təsdiqləyir və sahədə yoxlayır.
Şöbələr → müdir dəvəti - 6
QR-u filialda asın
İşçi telefonla QR-u oxuyur, FİN və 6 rəqəmli PIN ilə qeydiyyatdan keçir. Tətbiq yükləmək lazım deyil.
İşçilər → İşçi Siyahısı → Qeydiyyat - 7
Təsdiq və ilk gün
Qeydiyyatı təsdiqləyin, ilk iş gününü və gəlmə saatını yazın. İşçi telefonunda ilk gün kartını və 90 gün planını görür.
İşçilər → İşçi Siyahısı - 8
Usta təyin edin
Eyni filialdan təcrübəli bir işçini yeni işçiyə usta (mentor) seçin: kassada, zalda və ya resepşnda fərq etmir. Usta öz ekranında "Yeni işçilərim"i görür.
İşçi Siyahısı → Yeni işçilər — ilk 90 gün - 9
Sahə təsdiqi və sertifikat
Müdir işçinin işi sahədə düzgün etdiyini təsdiqləyəndə sertifikat avtomatik yaranır.
Təlim → Sahə Təsdiqi - 10
Excel ilə toplu dəyişiklik
Çox işçinin məlumatını bir dəfəyə Excel ilə yeniləyin: yükləyin, doldurun, geri yükləyin.
Təlim Formaları → F04/F05 → Excel ilə dəyiş
İşçi · ilk 90 gün
Yeni işçinin yolu
Portal hər addımın son tarixini işə başlama günündən hesablayır. Gecikən işçi admin və müdir ekranında qırmızı ilə ən yuxarıda görünür.
1-ci gün
İlk gün kartı: hansı gün, saat neçədə, hansı filiala
işçi7-ci gün
Ortaq modullar bitir
işçi30-cu gün
Vəzifə modulları və quiz
işçi30–37
Qısa sorğu: 5 sual + 1 açıq sual
işçi60-cı gün
Sahə təsdiqi: müdir işi yerində yoxlayır
müdir90-cı gün
Bütün modullar bitir, sertifikat
işçi + müdir90–97
Son sorğu: ilk 3 ay necə keçdi
işçi
Təcrübədən
İlk ayda nəyə diqqət edək
Ustasız işçi qoymayın. Yeni işçi sualını ilk növbədə yanındakı insana verir. Usta seçilibsə, cavab da standarta uyğun olur.
Kartları qısa saxlayın. Bir kart 2 dəqiqəlik olsun: bir qayda, bir şəkil, bir sual. Uzun PDF-i heç kim növbədə oxumur.
Həftədə bir dəfə gecikənlərə baxın. "Yeni işçilər — ilk 90 gün" paneli gecikən addımı qırmızı ilə göstərir. Müdirlə 5 dəqiqəlik söhbət çox vaxt kifayət edir.
Sorğu cavablarını oxuyun. 30-cu və 90-cı gün sorğusunda 2 və ya aşağı bal qırmızı görünür. İşçi getməzdən əvvəl problemi görməyin ən sadə yolu budur.
Başlamazdan əvvəl
İnteqrasiya sorğusu
Bu sualların cavabı portalı sizin işinizə necə bağlayacağımızı müəyyən edir. Doldurun, "Cavabları kopyala" düyməsini basın və bizə göndərin.